Dünyanın ən böyük genetik test dəsti şirkətlərindən biri olan 23andMe-nin sistemlərinə daxil olan hakerlər 6,9 milyon istifadəçinin məlumatlarına daxil olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İstifadəçilərin e-poçt ünvanlarını və üzvlüklərində istifadə etdikləri parolları başqa saytlarda sınayaraq, hakerlər daxil ola biliblər.
Həftələrlə davam edən söz-söhbətlərdən sonra açıqlanan 6,9 milyonluq rəqəm şirkətin istifadəçilərinin yarısından çoxuna bərabərdir.
Əldə edilən məlumatlarda DNT qeydləri deyil, ailə ağacları, doğum illəri və yerlər kimi şəxsi məlumatların olduğu bildirilir.
İnsanların genetik xüsusiyyətlərini anlamaq, mənşəyi və naməlum qohumlarını tapmaq üçün istifadə etdikləri 23andMe-nin baş ofisi ABŞ-ın San Fransisko şəhərində yerləşir.
Şirkət açıqladı ki, hakerlər bu qədər məlumatı sadəcə olaraq 14 min nəfərin hesabına daxil olmaqla əldə ediblər.
Bu, 23andMe istifadəçilərinin 0,1 faizinə uyğundur.
Lakin hakerlər bu şəxslərin hesabları vasitəsilə öz ailə ağaclarında olan digər şəxslərin müxtəlif məlumatlarını əldə edə biliblər. Beləliklə, onların sayı 14 mindən 6,9 milyona yüksəlib.
Hakerlər ələ keçirdikləri məlumatları müxtəlif forumlarda satışa çıxarırlar.