ABŞ-da 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən daşqın riski səbəbindən köçübbackend

ABŞ-da 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən daşqın riski səbəbindən köçüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan araşdırmada 3,2 milyondan çox amerikalının iqlim dəyişikliyi səbəbiylə yüksək daşqın riski olan bölgələrdən köç etdiyi ifadə edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nature Communications jurnalında dərc olunan yeni araşdırmada “İqlimdən imtina əraziləri” adlandırılan ərazilərə diqqət çəkilib.

Tədqiqatda qeyd olunub ki, 2000-2020-ci illər arasında ABŞ-da 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbiylə daşqın riski səbəbindən evlərini tərk edib.

2020-ci il siyahıyaalınması məlumatları və ölkə daxilində daşqın riski olan ərazilər müqayisə edilərək aparılan araşdırmada, 20 ildə 3,2 milyondan çox xalis əhali itkisinin birbaşa daşqınlarla əlaqəli olduğu müəyyən edilmişdir.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Ceremi Porter daşqın riskinin bu ərazilərdə əhaliyə təsirinə diqqət çəkdi və bu vəziyyətin həmin ərazilərdə əmlak dəyərlərini, məskunlaşma tərkibini və kommersiya dayanıqlığını çox dəyişdiyini vurğulayıb.

Araşdırma, ABŞ-da 113 milyon insanın iqlim dəyişikliyi səbəbiylə daşqın riski ilə üzləşdiyinə diqqət çəkib və yaxın 30 ildə daha 2,5 milyon insanın məcburi köçkün olacağı təxmin edilib.