Cənubi Amerika ölkəsi Paraqvayda polis və hərbçilərin həbsxanaya qarşı keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 10 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Montevideodakı Tacumbu həbsxanasında əməliyyat keçirən təhlükəsizlik qüvvələri ilə dəstə üzvləri arasında qarşıdurma yaranıb.
Qarşıdurmada 2-si polis, 8-i məhbus olmaqla 10 nəfər həyatını itirib, 30-dan çox adam yaralanıb. Xəsarət alanlar arasında polis və hərbçilərin də olduğu bildirilib.
Klan rotela narkotik dəstəsinin lideri Armando Xavyer Rotela və 100 məhbus başqa həbsxanaya köçürüləcək.
Milli Polisin verdiyi açıqlamaya görə, səhər saatlarında həbsxanada nəzarəti saxlamaq üçün 1100 əsgər və 1218 polis hərəkətə keçib.
Paraqvay prezidenti Santiaqo Pena açıqlamasında həbsxanaların cinayət məktəblərinə çevrilməsinə icazə verməyəcəklərini ifadə edərək, ölkə tarixində misli görünməmiş bir əməliyyat həyata keçirildiyini bildirib.