Zeynal Nağdəliyev: “Prezident seçkilərinin qanun pozuntusu olmadan keçirilməsini təmin etmək hər birimizin məqsədidir”backend

Zeynal Nağdəliyev: “Prezident seçkilərinin qanun pozuntusu olmadan keçirilməsini təmin etmək hər birimizin məqsədidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşimizi elə qurmalıyıq ki, budəfəki seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yaxşı qiymətləndirilsin.

İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Hər birimizin vəzifəsi və məqsədi ondan ibarətdir ki, qarşıdakı Prezident seçkilərini mütəşəkkil və heç bir qanun pozuntusuna yol vermədən keçirilməsini təmin edək. Bu istiqamətdə üzərimizə düşən vəzifələr və məsuliyyət aydındır. Qarşıda bizi gərgin iş rejimi gözləyir. İşimizi elə etməliyik ki, seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, – o qeyd edib.