Ruandalı həkim Munyemana Fransada “soyqırım” ittihamı ilə 24 il həbs cəzasına məhkum edilibbackend

Ruandalı həkim Munyemana Fransada “soyqırım” ittihamı ilə 24 il həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Ruandalı həkim Sosthene Munyemananın 1994-cü ildə Ruanda soyqırımında rol oynadığına görə 24 il həbs cəzasına məhkum edildiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Parisdəki Cinayət Məhkəməsi ruandalı həkim Munyemananı (68) insanlığa qarşı cinayətlərdə təqsirli bilib. və soyqırımı cinayəti törətdiyinə qərar verib.

Məhkəmə Munyemananı 1994-cü ildə 800 mindən çox Tutsinin qətliam edilən Ruanda soyqırımında rol oynadığı səbəbilə 24 il həbs cəzasına məhkum edib.

Munyemana Ruanda hökumətinə tutsilərin qətliamını təşviq edən bir məktub hazırlamağa kömək etməkdə və tutsiləri qeyri-insani şəraitdə saxlamaqda günahlandırılıb.

Mötədil hutu olduğunu iddia edən Munyemana ona qarşı irəli sürülən ittihamları rədd edib və vəkillərinin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

1995-ci ildə Fransanın Bordo şəhərində Munyemana qarşı şikayət edilib.

Munyemananın məhkəməsi Fransada Ruanda soyqırımında rol oynadığı iddia edilən şəxslərə qarşı keçirilən 6-cı məhkəmə olub.

Fransa heç bir şərt tələb etmədən Ruandada soyqırımı törədən Hutu hökumətinin ən sıx dəstəkçisi olduğu üçün soyqırımın ən çox məsuliyyət daşıdığı ölkə kimi önə çıxır.