Yaponiya ABŞ-ın Qırmızı dənizdəki çoxmillətli missiyasında iştirak etməyi planlaşdırmırbackend

Yaponiya ABŞ-ın Qırmızı dənizdəki çoxmillətli missiyasında iştirak etməyi planlaşdırmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Qırmızı dənizdə gəmilərə hücumlara qarşı ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli təhlükəsizlik təşəbbüsündə iştirak etməyi planlaşdırmadığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Dəniz Özünümüdafiə Qüvvələrinin (MSDF) komandanı admiral Sakai Ryo ABŞ-ın hücumlara qarşı təhlükəsizlik təşəbbüsündən danışıb.

MSDF-nin Ədən körfəzində dəniz quldurluğu ilə mübarizə planını davam etdirəcəyini qeyd edən Sakai, Qırmızı dənizdə aktiv olmasının çətin olduğunu bildirib.

Yapon admiralı qeyd edib ki, onlar ABŞ-ın rəhbərliyi ilə yaradılan çoxmillətli təhlükəsizlik təşəbbüsündə iştirak etməyi planlaşdırmırlar.

Sakai bildirib ki, müdafiə rəsmiləri Husilərin bölgədəki hücumlarının yaratdığı risklər və təhdidlər barədə Yaponiyanın müttəfiqləri və tərəfdaşları ilə məlumat paylaşacaqlar.

Sakai, “ağıllı qərar qəbul etmə ehtiyacına” toxunaraq, səlahiyyətlilərin MSDF-nin necə müdaxilə edə biləcəyi ilə bağlı fikir mübadiləsini davam etdirəcəyini bildirdi.

2009-cu ildə Ədən körfəzində piratçılığa qarşı fəaliyyətə başlayan MSDF-nin bölgədə fəaliyyət göstərən “Akebono” esminesi və P3C tipli patrul təyyarəsi var.