Azərbaycana turist axını 30% artıbbackend

Azərbaycana turist axını 30% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 186 ölkədən 1 893 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İnterpress.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 30,5 %-i Rusiya, 18,1 %-i Türkiyə, 7,9 %-i İran, 5,3 %-i Hindistan, 4,9 %-i Gürcüstan, 4 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,6 %-i Pakistan, 1,9 %-i Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Küveyt, 1,3 %-i Belarus, hər birindən 1,2 % olmaqla Türkmənistan və Çin, 1,1 %-i Böyük Britaniya, 11 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,1 %-ni kişilər, 29,9 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7 dəfə, Cənubi Koreyadan 3,4 dəfə, Türkmənistandan 2,5 dəfə, Qazaxıstandan 1,9 dəfə, Hindistandan 1,9 dəfə, Polşadan 1,9 dəfə, Misirdən 1,8 dəfə, Qırğızıstandan 1,8 dəfə, Tacikistandan 1,8 dəfə, Bəhreyndən 1,7 dəfə, Filippindən 1,6 dəfə, İtaliyadan 1,6 dəfə, İspaniyadan 1,5 dəfə, Moldovadan 1,5 dəfə, Özbəkistandan 49,8 %, Belarusdan 48,3 %, Rusiyadan 42,9 %, Kanadadan 41,2 %, ABŞ-dan 38,1 %, Küveytdən 30,3 %, Gürcüstandan 28,9 %, Fransadan 26,4 %, Niderlanddan 25,9 %, İsraildən 24,4 %, Böyük Britaniyadan 24 %, Türkiyədən 20,6 %, Almaniyadan 18,4 %, Ukraynadan 12 %, Birləşmiş Ərəb Əmirliklərindən 7,8 % artıb.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 % artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 % artaraq 97,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə 5,4 % azalaraq 312,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7 %-i hava, 27 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.