Burkina Fasoda 4 Fransa vətəndaşının casusluq ittihamı ilə həbs edildiyi məlum olub.backend

Burkina Fasoda 4 Fransa vətəndaşının casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina Fasoda dekabrın əvvəlindən casusluq ittihamı ilə 4 Fransa vətəndaşının saxlandığı məlum olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fransa diplomatik pasportu və etibarlı vizası olan 4 nəfər dekabrın 1-də casusluq ittihamı ilə saxlanılaraq 10 gün müddətinə sorğu-sual edilib.

Sözügedən 4 nəfər dindirildikdən sonra həbs edilərək Vaqaduqu həbsxanasına göndərilib.

Fransanın Jeune Afrique internet saytının xəbərində 4 Fransa vətəndaşının Fransa xarici kəşfiyyat xidmətində (DGSE) işlədiyi və həbs olunmazdan bir neçə gün əvvəl Burkina Fasoya daxil olduğu bildirilib.

Xəbərdə Fransanın iki ölkə arasındakı bütün gərginliyə baxmayaraq Burkina Faso Milli Kəşfiyyat İdarəsi (ANR) ilə texniki əməkdaşlığı davam etdirdiyi və bu əməkdaşlıq çərçivəsində 4 nəfərin ölkədə olduğu bildirilib.

Fransa rəsmiləri 4 vətəndaşının həbsinin dəqiq səbəbi barədə məlumat verilmədiyini bildirib.

Bəzi mənbələr Vaqaduqu administrasiyasının kəşfiyyat sahəsində Rusiya ilə yaxınlaşması nəticəsində Fransa ilə əlaqələri tamamilə kəsmək istədiyini və hansısa yolla Fransa kəşfiyyatını ölkədən çıxarmağa çalışdığını bildirib.

Fransız mətbuatında dərc olunan xəbərdə, Burkina Fasoda yerləşən bir çox DGSE əməkdaşının söz mövzusu həbsdən sonra dekabrın 17-də ölkəni tərk etdiyi xatırladılmış və Burkina Fasonun əsas məqsədinin bütün DGSE işçilərini hansısa yolla ölkədən göndərmək olduğu bildirilmişdir.