Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya birgə bəyanatda Şimali Koreyanın dekabrın 17 və 18-də Yapon dənizinə (Şərq dənizi) doğru iki fərqli ballistik raket buraxmasını pisləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ, Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri Şimali Koreyanın ballistik raket buraxılış sınaqları ilə bağlı birgə bəyanat hazırlayıb.
Pxenyanın davam edən “təxribatlarının” Koreya yarımadasında regional və beynəlxalq sülh və təhlükəsizliyi təhlükəyə atdığı qeyd edilib. Bəyanatda ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın 17 dekabrda qitələrarası raket də daxil olmaqla ballistik hücumlarını pisləyib.
Bəyanatda Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına son qoyması çağırışı təkrarlanıb və Pxenyanın raket buraxılışlarının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) qətnamələrini pozduğu bildirilib.
Digər tərəfdən, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreya lideri Kim Çen In qatıldığı tədbirdəki çıxışında ballistik raket atışlarına toxunub.
Kim bəyan edib ki, ballistik raket düşmən tərəfindən nüvə silahı ilə təxribat edilərsə, nüvə hücumu etməkdən çəkinməyəcəklər.