Volodimir Zelenski Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
İnterpress.az-ın xəbərinə görə, bu fikirlər Ukrayna Prezidenti V.Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundan əksini tapıb.
“Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram. Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir”, – Ukrayna dövlət başçısının məktubunda qeyd edilib.