MMX ötən il 29 monitorinq subyektini və 44 yeni məsul şəxsi qeydiyyata alıbbackend

MMX ötən il 29 monitorinq subyektini və 44 yeni məsul şəxsi qeydiyyata alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 29 monitorinq subyektini və 44 yeni məsul şəxsi GoAML məlumat bazasında qeydiyyatdan keçirib.

İnterpress.az bu barədə MMX-ya istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 69,2 % çoxdur.

Bununla da, ümumi qeydiyyatdan keçmiş şəxslərin sayı 28,9 % artaraq 326-ya çatıb.

Bundan başqa, MMX-ya monitorinq subyektlərinin göndərdiyi hesabatların keyfiyyətinin artırılması məqsədilə məlumat bazası optimallaşdırılıb, səhv göndərilən məlumatlar üzrə 150-yə yaxın geri qaytarılma alqoritmi qurulub.

Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.