Terror hücumları ilə millətimizi bölmək dövrü bitib.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanında yeni uçuş-enmə zolağının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, terrorçular daha Türkiyə xalqı arasında nifaq toxumu səpə bilməycək.
R.T.Ərdoğan terrorla mübarizənin davam edəcəyini söyləyib: “Terrorla bizi məğlub edə bilməyəcəklər. Bütün cəhdlərə baxmayaraq, kimsə bizim yolumuzu kəsə bilməyib. Türkiyə yüz ilinin qarşısını da ala bilməyəcəklər. Uduzacaqlar”.
Türkiyə lideri vurğulayıb ki, terrorçuları dəstəkləyənlərə imkan yaradılmayacaq.