Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıbbackend

Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 997,4 milyon manat xalis mənfəət əldə edib.

İnterpress.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

11 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 393,4 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,8 % çox), əməliyyat xərcləri 2 milyard 828,3 milyon manat (24,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 315,7 milyon manat (39,4% çox), digər gəlirləri 2,6 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 254,6 milyon manat (29,5 % çox) təşkil edib.