Milli Məclisin payız sessiyasının növbəti plenar iclası davam edir.
İnterpress.az-ın xəbərinə görə, qanunverici orqanın bugünkü iclasının gündəliyinə dəyişiklik edilib.
Belə ki, toplantının gündəliyinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi əlavə olunub. Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 9-a çatıb.