Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaqbackend

Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

İnterpress.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.