Moskvada dekabrın 27-də Rusiya və Hindistanın xarici işlər nazirləri Sergey Lavrov və Subrahmanyam Cayşankar arasında görüş keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, onlar Yaxın Şərq regionundakı eləcə də, Ukrayna və Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.