Çin kosmosa BeiDou Peyk Yerləşdirmə Sisteminin (BDS) bir hissəsini təşkil edəcək iki peyk buraxıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.
BeiDou şəbəkəsinin 57-ci və 58-ci hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq.
Buraxılış Long March raketləri ilə həyata keçirilən 504-cü uğurlu nəqliyyat missiyası idi.
Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BeiDou Peyk Yerləşdirmə Sistemini (BDS) inkişaf etdirir.
BeiDou peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılmışdır. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 20 peykdən ibarət “BDS-2”, 5 peykdən ibarət “BDS-3S” və 34 peykdən ibarət “BDS-3” şəbəkələri hazırlanmışdır.
“BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.