İsrail Birinci Dünya Müharibəsindən sonra Britaniya Mandatı tərəfindən elan edilmiş hərbi fövqəladə qanunları qəbul edib və oktyabrın 7-dən sonra şübhəliləri “təhlükəsizlik səbəbi ilə” heç bir ittiham olmadan dəmir barmaqlıqlar arxasına göndərən “inzibati həbs” praktikasını sürətləndirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrailin işğal etdiyi ərazilərdə fələstinlilərə qarşı tətbiq etdiyi məhkəmə silahı olan “inzibati həbs” oktyabrın 7-dən sonra başladığı həbs dalğasında daha da qabarıqlaşıb.
Fələstin Əsirlər Dərnəyinin açıqladığı məlumatlara görə, İsrail oktyabrın 7-dən bu yana 4785 fələstinlini həbs edib.
Oktyabrın 7-nə qədər İsrail həbsxanalarında dəmir barmaqlıqlar arxasında “inzibati həbsə” məhkum edilənlərin sayı 1320 nəfər idisə, oktyabrın 7-dən sonra bu rəqəm 2870-ə yüksəlib.
Bu, son 30 ildə “inzibati həbslə dəmir barmaqlıqlar arxasına göndərilən” fələstinlilərin ən yüksək sayı kimi qeydə alınıb.