Serbiya hökuməti Kosovo dövlət nömrə nişanlı avtomobillərin ölkədə sərbəst hərəkətini təsdiqləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Serbiya Hökumətinin Kosovo Ofisinin direktoru Petar Petkoviç Serbiya hökumətinin Kosovo Respublikası (RKS) nömrə nişanlı avtomobillərin ölkədə sərbəst hərəkətinə icazə vermək qərarına gəldiyini açıqlayıb.
Petkoviç Kosovodakı serblərin əksəriyyətinin RKS nömrəli nəqliyyat vasitələrindən istifadə etməyə başladığını nəzərə aldıqlarını ifadə edərək, sözügedən qərarın 1 yanvar 2024-cü il tarixindən etibarən tətbiq olunmağa başlayacağını və bütün sərhədlər və inzibati keçidlər üçün etibarlı olacağını qeyd edib.
“Qərar Kosovoda insanlarımızın hüquqlarını və hərəkət azadlığını təmin edəcək” deyən Petkoviç milli bütövlüyü və suverenliyi qorumaqda “qırmızı xətti” keçmədiklərini bildirib.