Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kalinqi kəndinə son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
Təxminən 170 evin dağıldığı sürüşmə və daşqınlarda indiyədək ən azı 20 nəfər həyatını itirib.
2023-cü ilin may ayında güclü yağışlar nəticəsində eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.
Tropik iqlim zonasında yerləşən DRC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.