Meksikadan ABŞ-a çatmaq üçün 10 min nəfərlik yeni immiqrant karvanının yola düşdüyü açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Chiapas əyalətinin Tapaçula şəhərindən yürüş edən minlərlə mühacir bir şəkildə ABŞ-a çatmaq istəyir.
İnsan Ləyaqəti Mərkəzinin (CDH) direktoru Luis Rey Garcia Villagran verdiyi açıqlamada, təxminən 10 min immiqrantın hələlik yola düşdüyünü, lakin bu rəqəmin 15 minə qədər arta biləcəyini söyləyib.
Mühacirlərin milliyyətinin 24 fərqli ölkədən ibarət olduğunu bildirən Villaqran qruplar arasında 3 mindən çox 14 yaşından kiçik uşaq və hamilə qadınların olduğunu qeyd edib.
Bu ilin ən böyük mühacir axınının yaşandığını xatırladan Villaqran, ABŞ-a bu qədər böyük kütlənin gəlməsinin ciddi çətinliklərlə nəticələnəcəyini bildirib.
Bu xəbərdən sonra Meksika və ABŞ-ın sərhəddə təhlükəsizlik qüvvələrini gücləndirəcəyi paylaşılıb.
Meksikada bir çox mühacir daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsələr də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçirlər.
Mərkəzi Amerika ölkələrindən yola düşən bir çox immiqrant Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.