Neft qiymətləri ötən gün dekabr ayının ən yüksək göstəricilərini yenilədikdən sonra bu gün aşağı düşüb. Belə ki, investorlar Qırmızı dənizdəki vəziyyəti qiymətləndirməyə davam edirlər.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,03 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 81,04 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 0,15 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 75,42 ABŞ dolları olub.