Ukraynalı general: “2024-cü il Kiyev üçün daha çətin ola bilər”backend

Ukraynalı general: “2024-cü il Kiyev üçün daha çətin ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il Ukrayna üçün daha çətin ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, general Aleksandr Tarnevski BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövcud resurslar müharibəni davam etdirmək üçün kifayət deyil: “Kiyevə döyüş meydanında uğur qazanmaq üçün əlavə qüvvələr və vasitələr lazımdır”.

General Ukraynanın əks-hücumunun uğursuzluğunu etiraf edib: “Buna səbəb Rusiya Silahlı Qüvvələrinin yaxşı təşkil olunmuş müdafiəsi və Ukrayna hakimiyyətinin şişirdilmiş bəyanatlarıdır”.

A.Tarnevskinin sözlərinə görə, minalı ərazilərin çoxluğu da əks-hücum əməliyyatlarına mənfi təsir edir: “Həmçinin bizim zirehli texnikadan tam istifadə edə bilməməyimiz də aktiv irəliləyişlərimizi çətinləşdirdi və hücum hərəkətlərinin sürətinə təsir etdi. Rusiya dünyanın ən güclü ordularından birinə malikdir. Onun müdafiəsi bir yox, bir neçə xətdən ibarətdir. Düşmən bu müdafiə xətlərini bir ayda deyil, bizim hücum hərəkətlərinə hazırlaşdığımız dövrdə yaradıb”.

General vurğulayıb ki, Rusiya hərbçiləri üzərinə düşən hər şeyi edirlər: “Müharibənin dalana dirənməsinə dair fikirləri ilə razılaşmıram. Düşmənin bu vaxta qədər qarşıya qoyduğu məqsədlərə çatmaması artıq Ukrayna xalqı və qoşunları üçün əhəmiyyətli uğurdur. Düşmənin ən mühüm səhvi ondan ibarətdir ki, o, xalqın həmrəyliyinə və indiki dəstəyə ümid etmirdi”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.