Almaniyanın paytaxtı Berlində Qəzzada törədilən qırğına etiraz olaraq maşın karvanı yaradılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Minlərlə nümayişçi İsrailin Qəzzaya hücumlarına etiraz etmək və Fələstinlə həmrəylik nümayiş etdirmək üçün şəhərin mərkəzindəki Brandenburq qapısı ilə Zəfər Anıtı arasındakı 17 İyun küçəsində maşınları ilə toplaşıb.
Nümayişçilər avtomobillərinə Fələstin bayraqları, İsrailin hücumları nəticəsində həlak olan uşaqları təmsil edən maketlər, “Qəzzanı qoruyun”, “Bu, müharibə deyil, soyqırımdır”, “Sən soyqırımı dayandırdın” kimi şüarlar yapışdırıblar.
Daha sonra avtomobil karvanı təşkil edən nümayişçilər şəhərin mərkəzi nöqtələrindən keçərək marşrut boyu korna çalaraq Qəzzada törədilən qətliama etiraz ediblər.
Berlin polisi geniş təhlükəsizlik tədbirləri görərək konvoyun keçdiyi ərazilərdə hərəkəti dayandırıb.