Meksikanın Koahuila ştatında qəzaya uğrayan kiçik mühərrikli təyyarədə 4 nəfər ölüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Mülki Müdafiə Müşavirliyindən verilən açıqlamaya görə, Texas ştatının Bronwnsville hava limanından havaya qalxan N6074A nömrəli kiçik təyyarə Quadalupe hava limanı yaxınlığında boş yerə çırpılıb.
Qəzada 2-si qardaş olmaqla 4 nəfər ölüb. Ölənlər arasında Matamoros şəhərinin keçmiş merinin də olduğu bildirilib.
Koahuila ştatının Baş Prokurorluğu və Federal Mülki Aviasiya qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlayıb.