“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb.
Bu barədə İnterpress.az-a şirkətdən bildirilib.
Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adı çəkilən holdinqə məxsusdur.