Azərbaycanı və Türkiyəni müdafiə edən jurnalist üsyan püskürdübackend

Azərbaycanı və Türkiyəni müdafiə edən jurnalist üsyan püskürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində yazdığı qeydləri təqdim edirik:

\”Əziz həmvətənlərim Elnur Elnurov, Anar Osmanov, Namaz Əliyev və başqaları.
Mənim haqqımda, «Kremilin adamıdır”, “satılmış jurnalistdir”, “telekanallardan böyük pullar alır”, “telekanallara böyük pullar verir”, “türk agentidir”, “rus agentidir”, “Rus televizyalarının işcisidir” ve sairə yazılı şəxsi mesajlar göndərməyə son verin.

Bəlkə də mənim çıxışlarımdan sonra kiminse planları pozulub, amma həm sizin, həm də bunu oxuyan hər kəsin diqqətinə çatdırıram ki, Abbasov Fuad heç bir kəşfiyyata işləmir, çıxışları üçün heç kimdən bir qəpik pul almayıb, həm də heç kimə çıxış eləmək üçün pul verməyib və rus televiziyasının işçisi deyil.

Mənim iş yerim Moskvanın ofislərinin birində kitap rəfinin arxasında yerləşən 2×1 metr ölçüsündə bir “otaqdir”. Əgər kimsə görmək istəyirsə, lütfən buyurun qonaq gəlin. Əgər mənə yazdığınız səfehliyin bir sübutu varsa, onu hər kəs üçün yayınlayın. Hər şeyi açıq səhifəyə yazın, hər kəslə paylaşın. Mən nə sizdən, nə də öz dostlarımdan heç nə gizlətmirəm.

Ya da sadəcə SUSUN!!!\” (musavat.com)

İnterpress.az