Yunanıstanın xarici işlər naziri İrəvana səfər edəcəkbackend

Yunanıstanın xarici işlər naziri İrəvana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis yanvarın 10-da İrəvana səfər edəcək.

İnterpress.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Nazirlərin görüşündən sonra tərəflər mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, ötən ilin dekabrında Yorqos Qerapetritis Ermənistana səfər etmək niyyətində olduğunu bildirmişdi.