Zimbabvedə Hvanqe Milli Parkı yaxınlığında 6 fil ölü tapılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hvanqe Milli Parkının rəsmilərindən Tinaşe Farawo ZBC News-a bildirib ki, 6 ölü fil mühafizə olunan ərazi olan parkın kənarındakı Qvayi-Şanqani bölgəsində tapılıb.
Farawo, fillərin ölüm səbəbləri ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Quraqlıq səbəbindən 2023-cü ilin dekabrında Zimbabvedəki Hvanqe Milli Parkında təxminən 100 fil ölü tapılıb.
Park rəsmiləri qeyd ediblər ki, təxminən 45 min filin yaşadığı parkdan heç bir böyük çay keçmədiyi üçün heyvanların suya ehtiyacı böyük ölçüdə quyulardan qarşılanır.
Zimbabvenin ən böyük milli parkı olan Hvanqe ölkədə ən çox filin yaşadığı yerdir.