Keçən il Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması səbəbindən 219 nəfər ölüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada ölkədə 2023-cü ildə Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.
Açıqlamada, ötən il 8 min 978 şübhəli Lassa qızdırması hadisəsinin aşkar edildiyi, onlardan 1227-nin təsdiqləndiyi, epidemiya səbəbiylə 219 nəfərin öldüyü bildirilib.
Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırmasının yayılması ilə əlaqədar “fövqəladə vəziyyət” elan edib.
Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.
Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.