Əlverişsiz hava şəraitinin ABŞ-da 40 milyondan çox insana təsir edəcəyi gözlənilirbackend

Əlverişsiz hava şəraitinin ABŞ-da 40 milyondan çox insana təsir edəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fırtına ABŞ-ın şərqində həyata mənfi təsir göstərsə də, güclü qar və daşqınlara qarşı xəbərdarlıq edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fırtına Proqnoz Mərkəzi tərəfindən edilən açıqlamada, təxminən 9 milyon insanın yaşadığı Florida, Corciya, Şimali və Cənubi Karolinanın cənub-şərq əyalətlərində 12 qasırğanın başladığı və ciddi ziyana səbəb olduğu açıqlanıb.

Bundan əlavə, şərq sahillərində yağışın gözlənildiyi və Atlanta, Vaşinqton və Nyu-York kimi sıx məskunlaşan şəhərlərdə daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib.

Ölkədəki elektrik kəsilməsini izləyən Poweroutages internet saytına görə, güclü külək səbəbiylə ABŞ-da təxminən 400 min ev və iş yerinin elektrik enerjisi kəsildi və ölkənin şərqindəki Florida, Corciya və Şimali Karolina ən çox ştatlar olub.

ABŞ-da qış şəraiti hava nəqliyyatına da təsir edib. Ölkədə hava hərəkəti statistikasını aparan “FlightAware” saytının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən 966 reys təxirə salınıb, 5580 reys gecikib.

Qasırğaların tez-tez baş verdiyi Florida ştatında qubernator Ron DeSatnis “güclü külək, dolu və qəfil daşqın təhlükəsi” ehtimalına görə ştatın 67 əyalətindən 49-da fövqəladə vəziyyət elan edib.

Səlahiyyətlilər həmçinin bu gündən etibarən ölkənin şərqinə 30 santimetrə qədər qar yağa biləcəyi barədə xəbərdarlıq edərək, çərşənbə günü fırtınanın sürətinin Nyu-Yorkun paytaxtında saatda 65-95 kilometr arasında dəyişəcəyini və böyük fəsadlara səbəb ola biləcəyini qeyd ediblər.

Təxminən 40 milyon insanın əlverişsiz hava şəraitinin təsirinə məruz qala biləcəyi bildirilib.