İl ərzində bu şəxslər pulsuz dərman ala biləcəklərbackend

İl ərzində bu şəxslər pulsuz dərman ala biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universal səhiyyə proqramı ilə müvafiq kateqoriyaya və ya statusa malik vətəndaşlar il boyu tam maliyyə ilə xroniki xəstəliklər üçün dərman alacaqlar.

Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata əsasən, proqrama aşağıdakı xroniki xəstəliklərin müalicəsi üçün dərmanların maliyyələşdirilməsi daxildir:

● Xroniki ürək-damar xəstəlikləri;
● Xroniki ağciyər xəstəlikləri;
● Qalxanabənzər vəzinin xroniki xəstəlikləri;
● 2-ci tip şəkərli diabet;
● Parkinson xəstəliyi;
● Epilepsiya;
● Qlaukoma;

Sosial cəhətdən həssas insanlar (reytinq balı 100.000 çox olmayan)

● Pensiyaçılar;
● Veteranlar;
● Əlilliyi olan insanlar (əlil uşaqlar, ağır və ya əhəmiyyətli əlilliyi olan insanlar)

Bununla belə Gürcüstanın işğal olunmuş ərazilərinə yaxın – Qori, Xaşuri, Kaspi, Kareli, Duşeti, Oni, Saçxeri, Zuqdidi, Mestia və Calencixa bələdiyyələrində yaşayan əhali medikamentləri dövlət dəstəyi ilə pulsuz əldə edəcəklər.

Qeyd olunub ki, müvafiq statuslu və ya kateqoriyadan olan şəxslərin pulsuz dərman ala bilməsi üçün onlar ailə həkiminə müraciət etməlidirlər.