Ermənistanın baş naziri Nikol Paşinyanın xaç atası David Xudatyan Armavir vilayətinin qubernatoru təyin edilib.
İnterpress.az Ermənistan KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
D.Xudatyan buna qədər maliyyə sektorunda (“Finca” və “Mogo” kredit şirkətlərində) çalışıb. O, 2018-ci ilin oktyabrında isə Armavir şəhərinin meri seçilmişdi.