Azərbaycanda turizm polisinin yaradılması təklif olunur.
İnterpress.az xəbər verir ki, bunu “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Həyatının üzvü Mirsəməd Cəfərli bildirib.
“Bir çox xarici ölkələrdə – Malayziya, Tailand, hətta Özbəkistanda turizm polisi fəaliyyət göstərir. Yaxşı olardı ki, Azərbaycanda da turizm polisi yaradılsın”, – deyə o qeyd edib.