SSRİ xalq artisti Yuri Solomin 89 yaşında ölüb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildirib.
Bildirilib ki, o, insult keçirmişdi.
Y. Solomin bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.
O, 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində dərs deyib, aktyorluq kafedrasının professoru olub. 1988-ci ildən Malı Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Sənətçi 60-a yaxın film və serialda rol alıb.