Müharibə göstərdi ki, Ukrayna NATO-ya üzvlüyə tam hazırdır.
İnterpress.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tallində estoniyalı həmkarı Alar Karislə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ordunun səviyyəsi və Ukrayna vətəndaşlarının Alyansa üzvlük istəyi də bunu göstərir: “Biz təkcə nəzəri deyil, həm də praktikası olan orduya malikik. Ordumuz müharibə zamanı NATO silahlarından təkcə hərbi təlimlərdə deyil, həm də döyüş meydanında istifadə etdi”.
V.Zelenskinin sözlərinə görə, hətta müharibə dövründə də Ukrayna bütün zəruri islahatları həyata keçirir. Ukrayna xalqına gəlincə, təxminən 90% NATO üzvlüyünü dəstəkləyir.
Prezident Kiyevin NATO-ya üzvlüyünün həm Ukrayna, həm Baltikyanı ölkələr, həm də Polşa üçün təhlükəsizliyin ən yaxşı təminatı olacağını vurğulayıb.