Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunun “Şərəf” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
İnterpress.az-ın verdiyi xəbərə əsasən, dövlət başçısının imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı tamam olub.