İran Oman dənizində ABŞ tankerini ələ keçirdiyini bildiribbackend

İran Oman dənizində ABŞ tankerini ələ keçirdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Oman dənizində ələ keçirdiyi neft tankerinin ABŞ-a məxsus olduğunu açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Tesnim Xəbər Agentliyi İran Ordusu Hərbi Dəniz Qüvvələrinin verdiyi yazılı açıqlamanı yayıb.

“İran Ordusunun Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman dənizində ABŞ-a məxsus neft tankerini ələ keçirib”, – deyə məlumatda bildirilir.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada Oman körfəzində bir neft tankerinin hərbi geyimli silahlı şəxslər tərəfindən ələ keçirildiyi bildirilib.

Bildirilib ki, Omanın Sohar şəhəri sahillərindən təxminən 50 dəniz mili aralıda baş verən insident zamanı neft tankerinə hərbi tipli qara forma və qara maska ​​geyinmiş 4-5 silahlı “icazəsiz” şəxs minib. Sözügedən neft tankeri itdi və o, İran sahillərinə yönəldilib.