Ötən il Naxçıvan Muxtar Respublikasında 1 545 nikah qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, boşanmaların sayı 562 təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub.
Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində qeydə alınıb.