“Bakı Fond Birjası” (BFB) QSC Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) üzvlüyünə qəbul edilib.
İnterpress.az bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilib və əməkdaşlığın aparılmasına qərar verilib.
“AHK Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir, şirkətlərə bazar araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.