Çinin rəhbərlik etdiyi beynəlxalq araşdırmalar, okean suyunun temperaturunun 2023-cü ildə ardıcıl 5-ci dəfə rekord qırdığını və istixana qazı emissiyaları azalsa belə, yüz il ərzində artmağa davam edəcəyini ortaya qoyub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Çin Elmlər Akademiyasının apardığı araşdırmada Çin, ABŞ, Yeni Zelandiya, İtaliya və Fransadan olan tədqiqatçılar okean suyunun illik temperaturunu ölçüblər.
Ölçmələr müəyyən edib ki, 2023-cü ildə okean suyunun temperaturu 2022-ci ilə nisbətən 0,23 dərəcə yüksək olub və bu, ardıcıl 5-ci dəfə qeydə alınan “ən yüksək temperatur” olub.
Tədqiqatçılar qeyd ediblər ki, istixana qazları emissiyaları azalsa belə, bu əsrdə okean suyunun temperaturu artmağa davam edəcək.
Araşdırmanın nəticələri “Advances in Atmospheric Sciences” jurnalında dərc olunub.