MSK: “Prezidentliyə namizədlər üçün qapalı görüş yerlərinin sayı artırılıb”backend

MSK: “Prezidentliyə namizədlər üçün qapalı görüş yerlərinin sayı artırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı artırılıb.

İnterpress.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, ödənişli təşviqat prosesinə qoşulmaq istəyən 44 media qurumu komissiyaya müraciət edib.

“Əvvəl bu say 34 idi. Bu seçkilərə maraq artıb. Namizədlər üçün digər imkan ödənişsiz əsaslarla efir vaxtının verilməsidir”, – R.Qasımov bildirib.

MSK sədri Məzahir Pənahov isə söyləyib ki, namizədlərin qapalı yerlərdə görüş keçirməsinə ehtiyacı olduqda bunun üçün şərait yaradılır.

O bildirib ki, bütün namizədlərin görüş keçirmək hüququ var: “Bütün namizədlərə şərait yaradılması maksimum diqqətdə saxlanılır və bundan sonra diqqətdə saxlanılacaq”.