BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyevka Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib.
İnterpress.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Bakının Binəqədi şəhərində baş vermiş faciəvi emalatxanada partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, – V.Andreyevka bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da özünün sosial şəbəkə hesabında Azərbaycana başsağlığı verib: “Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Allah rəhmət eləsin”.
Qeyd edək ki, bu gün Binəqədidə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.