Almaniyada fermerlər qənaət tədbirləri çərçivəsində kənd təsərrüfatı dizelinə verilən subsidiyaları ləğv etmək istəyən hökumətə etiraz ediblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından ibarət hökumətin kənd təsərrüfatına subsidiyaları ləğv etməyi planlaşdırması səbəbindən fermerlərin yanvarın 8-də ölkənin bir çox yerində başladığı etiraz aksiyası Berlində də davam edib.
Almaniyanın müxtəlif bölgələrindən öz traktorları ilə Berlinə gələn fermerlər 17 iyun küçəsini və tarixi Brandenburq qapısı ilə Qələbə abidəsi arasında ətraf prospekt və küçələri bağlayıblar.
Fermerlərin logistika sənayesinin dəstəklədiyi etiraz aksiyalarında yük maşını və digər ağır nəqliyyat vasitələri sürücüləri də öz maşınları ilə iştirak edib.
Müxtəlif sektorlarda çalışan və hökumətin siyasətindən narazı olan insanların qatıldığı nümayiş Berlin şəhər mərkəzində nəqliyyatın hərəkətində aksamalara səbəb olub.
Berlin polisinin verdiyi açıqlamaya görə, nümayişdə 8 min 500 adam, nümayişdə isə 6 min 500 traktor, kənd təsərrüfatı maşını və digər vasitələr iştirak edib.
Nümayiş təşkilatçıları nümayişçilərin sayının 30 minə çatdığını qeyd ediblər.