18 yaşlı oğlan dostuna etdiyi zarafatın qurbanı oldubackend

18 yaşlı oğlan dostuna etdiyi zarafatın qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qaziantep şəhərində 15 yaşlı S.S.Ç onunla zarafatlaşan dostu, 18 yaşlı Mehmet Şerif Şahini bıçaqlayaraq öldürüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Tekstilkent Məhəlləsində baş verən hadisədə Mehmet Şerif Şahin və dostu S.S.Ç. zarafatlaşan zaman mübahisə düşüb.

Mübahisə böyüyərkən S.S.Ç yanındakı bıçaqla Mehmet Şerif Şahinə xəsarət yetirib. Şahini qan içində görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Təcili yardım Şahini Abdulkadir Yüksel Dövlət Xəstəxanasına aparıb. Şahini burada xilas etmək mümkün olmayıb.

Meyit yarılmadan sonra ailəsinə təhvil verilərkən, şübhəli cinayət silahı ilə birlikdə yaxalanıb.

İstintaq davam edir.