2024-cü ildə aparıcı rol seçki qutusu olacaq: 50-dən çox ölkə seçkilərə gedirbackend

2024-cü ildə aparıcı rol seçki qutusu olacaq: 50-dən çox ölkə seçkilərə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il dünya üçün seçki ili kimi görünür.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

50-dən çox ölkədə insanlar seçkiyə gedərək iradələrini ifadə edəcəklər. Yeni liderlərin seçiləcəyi və ya köhnələrin davam etdiriləcəyi seçkilərin nəticələri dünya gündəmini də formalaşdıracaq.

2024-cü il İsrailin Qəzzaya hücumları və iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi kimi mühüm hadisələrin kölgəsində başlayıb. Yeni ildə keçiriləcək seçkilərlə dünyada baş verən hadisələr və dəyişikliklər böyük əhəmiyyət kəsb edəcək. İki böyük dövlət, ABŞ və Rusiya yeni liderlərini müəyyən etməklə qlobal dinamikaya təsir edəcəklər.

Bu prosesdə seçilmiş liderlərin siyasəti beynəlxalq münasibətlərə, təhlükəsizliyə və sülhə böyük təsir göstərəcək.

İsrailin regional siyasəti və Rusiya-Ukrayna müharibəsinin gedişatı bütün dünyada sabitliyə təsir edən kritik məsələlər kimi önə çıxır. Bu kontekstdə beynəlxalq ictimaiyyətin bu hadisələrə necə reaksiya verəcəyi və yeni liderlərin bu problemlərə yanaşması mühüm müşahidə nöqtəsi olacaq.

Seçkilərin keçirildiyi ölkələrə Azərbaycan, İngiltərə, Pakistan, Tayvan, Finlandiya, Rumıniya, Slovenya, Litva da aiddir.