Bu ilin yanvar ayından etibarən Gürcüstanda sağlamlıq imkanları ağır olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket artırılır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Nazirlər Kabinetinin üzvləri Gürcüstan hökumətinin “Sosial paketin müəyyən edilməsi haqqında” qanun layihəsini müzakirə ediblər. Bu ilin yanvar ayından etibarən ağır sağlamlıq imkanları olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket 50 lari artaraq 340 laridən 390 lariyə yüksəlir. Bütün digər kateqoriyadan olan əlillərin maddi yardımı 20 lari, o cümlədən ciddi əlillər üçün sosial paket 175 laridən 195 lariyə artırılır.
Qeyd olunub ki, artan sosial paketdən ümumilikdə 123 000-ə qədər vətəndaş faydalanacaq.