Nazirlik: “Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”backend

Nazirlik: “Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur.

İnterpress.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, məsələ “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir: “Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”.