ANKA-3 almanları təəccübləndirdi: Türkiyə pilotsuz uçuş aparatlarına arxalanırbackend

ANKA-3 almanları təəccübləndirdi: Türkiyə pilotsuz uçuş aparatlarına arxalanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin yerli və milli pilotsuz döyüş təyyarəsi ANKA-3 almanları təəccübləndirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Frankfurter Allgemeine qəzeti Türkiyənin Qərbin silah ixracı qadağalarının təsiri altında yerli pilotsuz uçuş aparatına çevrildiyini yazıb.

2 həftə əvvəl ilk uçuşunu həyata keçirən Türkiyənin pilotsuz döyüş təyyarəsi ANKA-3 almanları təəccübləndirib.

Almaniyanın “Frankfurter Allgemeine” qəzeti “Türkiyə pilotsuz uçuş aparatlarına güvənir” başlığı ilə təəccüblü təhlil xəbəri dərc edib.

Qəzetdə qeyd edilib ki, Türkiyə Qərbin silah ixracı qadağalarının təsiri altında pilotsuz uçan aparat gücünə çevrilib.

Xəbərdə prezident Ərdoğanın ANKA-3 yazısı diqqət çəkib və Türkiyəyə qarşı qoyulan qadağaların nəticə vermədiyi vurğulanıb.

Bildirilib ki, Ərdoğanın təşəbbüsləri nəticəsində ötən il Türkiyənin silah ixracı 27 faiz artıb.

Almaniya qəzeti Türkiyənin yerli və milli silahlarının ölkənin müstəqilliyini, möhkəm xarici siyasətini və “Türkiyə əsri”ndə yüksək texnologiyanı simvolizə etdiyini bildirib.

O, türk pilotsuz təyyarələrinin dünyaya amerikalı həmkarlarına alternativ olduğunu da vurğulayıb.

Bayraktar TB2-nin rəqabətədavamlı olduğunu və qiymətinin çox münasib olduğunu vurğulayıb.

O, türk silahlarının 26 ölkəyə ixrac edildiyinə diqqət çəkib.