Zambiyada vəbadan ölənlərin sayı 374-ə çatıbbackend

Zambiyada vəbadan ölənlərin sayı 374-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zambiyada vəba epidemiyasından ölənlərin sayı 374-ə yüksəlib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Səhiyyə naziri Silvia Masebo jurnalistlərə bildirib ki, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bəri ölkənin 116 regionundan 45-nə təsir edib.

Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo, 431 vəba xəstəliyinin aşkarlandığını bildirib.

Beləliklə, 2023-cü ilin oktyabr ayından ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 374-ə çatıb.

“Son 24 saatda müxtəlif müalicə mərkəzlərindən 363 xəstəni evə buraxdıq. Bu rəqəm 388 xəstəni evə buraxdığımız bazar günü və 400 xəstənin evə buraxıldığı şənbə günündən bir qədər aşağıdır”, nazir deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş 1,4 milyon doza 1,7 milyon ağızdan vəba peyvəndinin ilk partiyasını aldıqlarını ifadə edən Masebo ölkənin müxtəlif bölgələrini təsir edən fövqəladə hallara müvəffəqiyyətlə cavab vermək üçün vaxtaşırı ağızdan vəba peyvəndi istifadə etdiklərini əlavə edib.